Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Bakıda və Abşeron rayonunda iki nəfər bıçaqlandı

Bu gecə 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə 17 yaşlı İman Səhman oğlu Cəfərov gətirilib. Həkimlər ona qarının və biləyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Əməliyyat olunan xəstənin vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə xəbər verilib. Məlum olub ki, hadisə Qara Qarayev prospektində yerləşən parklardan birində baş verib. Hazırda cinayəti törədən şəxsin axtarışları davam edir.

Gecə saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasına da bıçaq xəsarətləri almış yaralı gətirilib. Məlum olub ki, bıçaqlanan şəxs Abşeron rayonunun Quşçuluq massivində yaşayan 26 yaşlı Sahib Qiyamət oğlu Əliməmmədovdur. Ona sol budun yuxarı 1/3-nin deşilmiş yarası diaqnozu qoyulub. Abşeron polisi faktla bağlı araşdırmalara başlayıb./apa/


550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 17:05