Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2015

"Rusiya bombardmançıları son 24 saatda..."

Rusiya bombardmançıları Suriyada son 24 saatda terrorçuların 204 hədəfini vurub.

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

O, əməliyyatların Hələb, İdlib, Latakiya, Həma və Xums şəhərlərində həyata keçirildiyini bildirib:

“Əməliyyatlarda Su-24M, Su-25SM, Su-34 bombardmançılarına Su-30 gözətçi təyyarələri nəzarət edirdi. Rusiya 30 sentyabrdan bəri Suriyada hərbi əməliyyatlar keçirir. Türkiyənin Su-24 təyyarəsini vurmasından sonra bombardmançılara gözətçi təyyarələr də nəzarət edir”.

Konaşenkov əlavə edib ki, İŞİD mövqelərinə Aralıq dənizindən də zərbələr endirilib.

Bundan əlavə, o ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatlarda mülki vətəndaşların da öldüyünə diqqət çəkib./axar/


2090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP