Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

Blogger 25 sutka müddətinə həbs edildi

Yanvarın 23-də saxlanılan blogger Xalid Xanlarova 25 sutkalıq cəza verilib.

Bu barədə Meydan TV-yə bloggerin dostları məlumat verib.

Xalid Xanlarov İnzibati Xətalar Məcəlləsinin “Polisə müqavimət” maddəsi ilə cəzalandırılıb. Dostlarına verdiyi məlumata görə, Xalid Xanlarov həbs olunmazdan bir gün əvvəl DİN-ə Facebook sosial şəbəkəsindəki fəaliyyətinə görə ifadə verməyə çağırılmışdı.

Aktiv Facebook istifadəçisi DİN-in İnzibati Asayişi Pozanların Saxlanma Həbsxanasında saxlanılır.

20 yaşlı blogger Qafqaz Universitetinin 3-cü kurs tələbəsidir.


1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
17.11.17, 14:01