Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Rusiya: “Türkiyə ilə əlaqəyə hazır deyilik”

Rusiya hazırda Türkiyə ilə hər hansı bir əlaqə qurmağa hazır deyil.

Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov TV-Sentr kanalının efirində deyib.

“Təəssüf ki, bir problem baş verdi və bunun səbəbkarı Ankaradır. Yalnız rəsmi Ankara onun nəticələrini minimuma endirə bilər. Rusiya hazırda, ümumiyyətlə, Türkiyə ilə hər hansı bir əlaqə qurmağa hazır deyil”, - Peskov bildirib.

O, Türkiyəni bu cür situasiyalarda lazım olanı etməyə çağırıb.

Qeyd edək ki, ötən il noyabrın 24-də Türkiyə sərhədlərini pozduğu üçün Rusiyanın Su-24 bombardmançısı vurulub. Bundan sonra Rusiya-Türkiyə münasibətləri gərginləşib.


1373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP