Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2016

Əməliyyatda ölən qızın qohumları həkimləri yarımcan etdilər

Əməliyyatda ölən qızın qohumları həkimləri yarımcan etdilər
Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər.

Xəbəri "Yeni Gəncə" özəl tibb mərkəzi yayıb. Məlumata görə, ötən gün burun çəpərindən əməliyyat edilməsi üçün mərkəzə daxil olan 1999-cu il təvəllüdlü Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Mərkəzdən bildirilib ki, A. Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər./apa/


601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP