Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2016

Merkeldən SOS: “AB kritik vəziyyətdədir”

Avropa Birliyi kritik vəziyyətdədir.

Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel söyləyib. Onun sözlərinə görə, Avropa dəyişmək bacarığının olduğunu praktikada sübut etməyi bacarmalıdır:

“Biz bir görüşlə problemləri həll edə bilmərik. Bratislavada bu gün miqrasiya və miqrasiya böhranının səbəbləri müzakirə ediləcək”.

Qeyd edək ki, bu gün Slovokiyanın paytaxtı Bratislavada AB ölkələri liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Sammitdə əsas müzakirə mövzusu Breksitdən sonra AB-nin taleyi məsələsi olacaq. Bratislavaya Böyük Britaniyadan başqa bütün AB liderləri dəvət edilib./axar/


476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP