Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2016

Kompüterinizin kamerasını bağlayın - Güdürlər

"İndependent" nəşri yazır ki, Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) istifadəçilərə kənar şəxslər tərəfindən güdülməmələri üçün kompüterlərinin kameralarını bağlamağı tövsiyə edib.

BBC-nin məlumatına əsasən, təhlükəsizlik ekspertləri xəbərdarlıq ediblər ki, istifadə edilmədiyi vaxtlarda kameraların açıq qalması hakerlərə bu kameralara daxil olub kompüter sahibini güdmək imkanı verir.

Bu ilin əvvəllərində Feysbukun banisi Mark Zukerberqin öz kompüterinin kamerasını qapayarkən çəkilən fotoları dərc edilmişdi.

Bundan sonra yayılan müxtəlif söz-söhbətlərə FTB rəhbəri Ceyms Komey aydınlıq gətirib. O deyib ki, bu, hər bir ağlı başında olan adamın görməli olduğu tədbirdir.

İnternet kameraları noutbukların və kompüterlərin çox faydalı aləti olsa da, onlar həmçinin istifadəçiləri güdmək istəyən hakerlərin ələ keçirməyə çalışdıqları əsas elementlərdən biridir.

"İndependent" yazır ki, bundan əvvəl sızmış bəzi informasiyalar vətəndaşların güdülməsi məqsədilə kompüter kameralarından dövlət təhlükəsizlik xidmətlərinin istifadə etdiyi barədə şayiələr yaratmışdı. Komey deyib ki, bütün hökumət işçiləri öz kameralarını örtürlər və hər bir vətəndaş da belə hərəkət etməlidir.

FTB rəhbəri bildirib ki, hökumət ofislərində bütün işçilər kiçik kompüter kameralarının örtülməsi üçün xüsusi qapaqlardan istifadə edirlər.

"İndependent" yazır ki, internet təhlükəsizliyi firması "Hide My Ass!" adamların kameralarını hakerlərdən qoruyan xüsusi cihazların hazırlanmasına başlayıb. Bu cihazlar kameralara soxulan hakerlərin öz görüntülərini faş edir.

Məqalədə deyilir ki, noutbuklar, masaüstü kompüterlər və Ayfonlar üçün belə vasitələr artıq mövcuddur./axar/


1972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP