Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2016

17 sentyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 17-də arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Sentyabrın 17-də şimşək çaxacağı, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.



Tibbi-meteoroloji proqnoz

Sentyabrın 17-də Abşeron yarımadasında təmiz və sakit hava şəraiti müsbət amil olsa da, havada rütubətin çox olması bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Sentyabrın 18-19-da isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP