Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2016

Baş redaktor yenidən “Bandotdel”ə aparıldı

Həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu Kürdəxanı təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Bu barədə məlumatı baş redaktorun xanımı Faiqə İbişbəyli verib. Qeyd edək ki, Fikrət Fərəməzoğlu arda-arda iki müraciət yayaraq BMCQMİ-də işgəncələrə məruz qaldığını bildirib. Onun sözlərinə görə, 34 gün sözügedən idarədə saxlanılıb. 12 gün qandal qolundan açılmayıb. Baş redaktor bildirib ki, onun başına yumruq və təpik zərbələri endirilib. Baş redaktorun bu müraciətlərə görə yenidən BMCQMİ-yə qaytarıldığı bildirilir. Fikrət Fərəməzoğlunun yaxınları ona yenidən işgəncə veriləcəyindən narahatdır./azadlıq/


536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP