Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2016

''Monarxiyaya YOX'' mitinqindən FOTOREPORTAJ

Demokratik Qüvvələrin Milli Şurası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqə Milli Şura və digər müxalifyönümlü təşkilatların nümayəndələri qatılıb.

Aksiyada Milli Şurada təmsil olunan AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Mərkəzinin üzvləri İbrahim İbrahimli, Rövşən Əhmədli, AXCP-nin sədr müavini Gözəl Bayramlı çıxış ediblər. Onlar çıxışlarında əsasən hakimiyyətin konstutisiyaya edəcək dəyişikliklərini, siyasi-iqtisadi gedişatını tənqid ediblər.

Sonda mitinqin qətnaməsi oxunub. Mitinq bitdikdən sonra polislə mitinq iştirakçıları arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı jurnalistlərlə bəraəbr 30-a yaxın iştirakçı saxlanılıb.





































DİGƏR MƏQALƏLƏR



647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP