Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2016

Rusiya səfirliyindən Ukraynaya nota

Rusiyanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərərək gecə saatlarında baş verən hücuma görə etirazını bildirib.

Hadisə ilə bağlı araşdırma aparılması və səfirlik binasının təhlükəsizliyinin gücləndirilməsi tələb edilib.

Hücumu zorbalıq adlandıran Ukrayna Baş naziri Vladimir Qroysman “Bu cür kiçik olayı şərh etməyə belə dəyməz” deyə bildirib.

Qeyd edək ki, ötən gecə 20 nəfərlik qrup müxtəlif pirotexniki vasitələrlə Kiyevdə Rusiya səfirliyinin binasına hücum təşkil etmişdi. Hadisə zamanı ölən, yaxud yaralanan olmamışdı./axar/


310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP