Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2016

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdı

BMT Təhlükəsizlik Şurası Nyu-York vaxtı ilə təxminən 19.00-da (Bakı vaxtı ilə 03.00-da) Suriyaya dair təcili toplantı keçirəcək.

Bu barədə “RİA Novosti”yə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

Görüşün Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcəyi bildirilir. Görüşdə Moskva ABŞ-dan insidentə dair detallı izah tələb edəcək.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı beynəlxalq koalisiyaya məxsus aviasiyanın Suriya ordusunun mövqelərinə zərbələr endirməsini etiraf edib.


Beynəlxalq koalisiyanın dörd hava zərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb./apa/


402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP