Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2016

“Qərb Rusiyanın böyük güc olması ilə barışıb”

ABŞ və NATO ölkələri Rusiyanın dünyadakı aqressiv fəaliyyətinə çox ləng reaksiya verdilər.

Bunu Yalta Avropa Strategiyası konfransında çıxışı zamanı ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts (2006-2011) söyləyib. Onun sözlərinə görə, Qərb, sadəcə, Rusiyanın böyük güc olması ilə barışıb:

“Krım və Donbas konfliktindən sonra NATO və ABŞ oyandı. Bundan sonra biz öz müttəfiqlərimizin müdafiəsini gücləndirdik. Amerika və Avropa siyasəti Rusiyanın onlar qarşısında yaratdığı situasiyaya cavab verməyə hazır olmadı. Qərb Ukraynaya qarşı mövqeyini dəyişməlidir. Biz azad Ukraynanın stabil və təhlükəsiz Avropa üçün zəmanət olduğunu anlaya bilmədik”./axar/


365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP