Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2016

Rusiya: “ABŞ qəsdən hücum etdi”

Vaşinqton İŞİD-lə mübarizə aparmaq əvəzinə Suriyada hökumət dəyişikliyinə çalışır.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin ABŞ-ın Suriya ordusuna qarşı təşkil etdiyi əməliyyata münasibət bildirərkən deyib.

“ABŞ-ın belə bir hücumu başlatması çox şübhəlidir. Vaşinqton İŞİD-lə mübarizə aparmaq əvəzinə Suriyada hökumət dəyişikliyinə çalışır. İŞİD Palmiranı işğal edəndə ABŞ qüvvələri heç bir tədbir görmədi. Bu yolla ABŞ Suriyada xaosu saxlaşamağ çalışa bilər”, - rusiyalı diplomat qeyd edib.

Çurkin Suriya ordusuna aid mövqelərin düşünülmüş şəkildə hədəfə alınmasını istisna etməyib.

Xatırladaq ki, dünən ABŞ-a məxsus qırıcılar Suriyanın Deyr-əz-Zor şəhərində İŞİD-lə döyüşən Əsəd qüvvələrini bombalayıb. Hava hücumu zamanı Suriya ordusundan 62 əsgər həlak olub, 100 nəfər yaralanıb.

Hadisədən sonra ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) hücumun səhvən baş verdiyini açıqlayıb./axar/


448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP