Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2016

Ruhani Kastro ilə görüşdü

İran Prezidenti Həsən Ruhani Kubaya səfər edib.

Ruhani paytaxt Havanada 90 yaşlı sabiq prezident Fidel Kastro ilə görüşüb.

Daha sonra Ruhani 2006-cı ildə ölkə rəhbərliyini böyük qardaşından təhvil alan Raul Kastro ilə bir araya gəlib.

Görüşdə “Kuba inqilabın və Amerika qitəsində müstəmləkəçiliyə qarşı mübarizənin simvoludur” deyən Ruhani İran və Kuba xalqlarının xarici qüvvələrin böyük təzyiqinə məruz qaldığını qeyd edib.

Venesuelanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrin sammitində iştirak edən İran prezidenti daha sonra BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə gedəcək.


355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP