Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2016

7 saatdan az və 9 saatdan çox yatmaq...

Elmdə çoxdan sübut olunub ki, yuxunun az olması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Kifayət qədər yatmayan insanlarda şəkərli diabet və piylənmə daha tez-tez inkişaf edir. Lakin çox yatmaq da ziyanlıdır. Reuters agentliyi xəbəbr verir ki, bu nəticəyə Kolumbiya Universiteti (ABŞ) alimləri gəlib.
9 saatdan çox və 7 saatdan az yatan insanlarda ürək-damar sistemi xəstəlikləri və pozulmaları daha tez-tez inkişaf edir. Onlarda trombların əmələ gəlməsi, arterial təzyiqin və qanda xolesterinin yüksəlməsi, aritmiya və s. bu kimi pozulmalara daha tez-tez təsadüf edilir.
Alimlərin fikrinə görə daim yuxu pozulmalarından əziyyət çəkən insanlar mütləq müalicə üçün həkimə müraciət etməlidir. Əks halda bu gec və ya tez ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olacaq.
Alimlər araşdırma nəticəsində aşkar ediblər ki, müasir insanlar daha az və daha pis yatır. Bunun səbəbləri arasında xroniki stress və qəzetlərdən həddindən artıq istifadə qeyd olunur./sağlamolun/


3024 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP