Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2016

BMT-nin kortejini biz vurmadıq - Rusiya

Rusiya və hökumətə aid hərbi təyyarələr BMT-nin humanitar yardım daşıyan kortejini hədəf almayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

“Rusiya və Suriya qırıcıları BMT-yə aid kortejə atəş açmayıb. Kortejin marşrutu hərbçilərin nəzarətindəki bölgədən keçdiyi üçün Rusiyanın Atəşkəsə Nəzarət Qururmu tərəfindən izlənilib”, - Konaşenkov bildirib.

Qeyd edək ki, Suriyanın Hələb şəhərində BMT-yə aid humanitar yardım korteji atəşə tutulmuşdu. Hücum zamanı 20 nəfər öldürülmüş, 18 avtomobil isə yararsız hala salınmışdı.


410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP