Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2016

İslama yabançı ruhiyyə

Niyə bu kişinin namazını batil edirsən?

“Bəqi”yə, ziyarət məqsədi ilə getdiyim günlərin birində acınacaqlı bir mənzərəni müşahidə etdim. Bu mənzərəni heç vaxt unutmaram! Bir mənzərə ki, qəlbimi həmişəlik yaralamışdı. Nə gördüm? Bir nəfər ziyarətçi bir guşədə namaz qılmağa məşğul idi ki, nagəhan özünü üzdəniraq “əmr-be məruf və nəhy-əz münkər” adlandıran qrpun adamlarından biri ona tərəf yaxınlaşdı və rüku halında ikən, onu arxadan itələdi. Namaz qılan şəxsin yıxıldığını görüb qayıtdı. Ziyarətçi dönüb baxdıqda gördü ki, namazın batil olmasına bais olan həmin şəxs “əmr-be məruf və nəhy-əz münkər” qrupunun adamlarındandır. Ona nə desin?! Axı o, bir daşürəkli və diktator hökumətin məmurudur! O, əsəbiliyə və kin-küdurətə giriftardır!
Namaz qılan kişi bir söz demədi, çünki daha artıq təhqir olunmaqdan qorxurdu.
Amma mənim qeyrətim cuşa gəldi və qərara aldım ki, bu vəhhabi kişini belə cinayət və ədəbsiz, kobud işinə görə danlayam. Ona tərəf gedib salam verdim. Salamın cavabını ikrah hissi ilə, gözləri qəzəb və kindən hədəqəsindən çıxmış bir halda verdi. Ona dedim:–Eşitməmisən ki, Allah-Taala Quranda buyurur:
“(Ey Peyğəmbər) O kəsi gördünmü ki, namaza məşğul olan Allah bəndəsini məsxərə edib ona mane olurdu?” Niyə bu kişinin namazını batil edirsən? Halbuki, o, vəhyin nazil olma məhəllində öz Allahı ilə münacat edib Ona ibadət edir.
Dedi:–Haramdır, haram! Qəbrə namaz qılmaq haramdır! Başa düşmürsənmi?!
Dedim:–Kim deyir ki, haramdır?
Dedi:–Sus! Həcdə mübahisə və cədələ icazə verilmir.
Dedim:–İndi ki biz həcdə yox, Mədinədəyik. Bu ayə (mübahisəni qadağan edən ayə-müt.) həccə məxsusdur. Üstəlik Quran bizi təfəkkürə çağırır. Sənsə deyirsən ki, susum və sual etməyim?!İnadkarlıq və kinin son həddində mənə dedi:–Sakit olmasan, zindana göndərərəm!
...İslama yabançı olan bu ruhiyyə və rəftardan çox narahat oldum. Bu ruhiyyə əksər hallarda yəhudilərin fələstinli və sair şəxslər əleyhinə gördükləri tədbirlərə oxşayır...

Abdullah Məhəmməd

Vilayet.info


576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP