Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2016

"Mediaya qarşı təzyiqlər kütləviləşib"

Elçin Şıxlı: " Ölkədə tənqidi media demək olar ki, qalmayıb"

Son vaxtlar bəzi jurnalistlərin həbsi, onların hüquq-mühafizə orqanlarına aparılaraq dindirilməsi və s. hallarının artması müşahidə edilməkdədir. Maraqlıdır, mediaya yönəlik təzyiqlərin artması tənqidi medianın tamamilə sıradan çıxması, daha bir neçə qəzet və saytın bağlanmasına səbəb ola bilərmi?
Moderator-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı ölkədə tənqidi medianın onsuz da sıradan çıxarıldığına diqqət çəkdi:
"Ölkədə tənqidi media demək olar ki, qalmayıb. Onlarının sayını barmaqla göstərmək olar. Təzyiqlərə gəlincə, burada yeni heç nə yoxdur. Bu təzyiqlər əvvəllər də olub. Mən öz təcrübəmdən deyə bilərəm ki, 25 il bundan əvvəl də təzyiq var idi, 10 il bundan öncə də, bu gün də. Təzyiq jurnalist peşəsinin atributlarından biridir. İndi isə bu təzyiqlər bir az da kütləviləşib. Ölkədə tənqidi media adına heç nə qalmayıb. Qalan tək-tük media orqanları da yavaş-yavaş sıradan çıxır.
Bu gün özü-özünü dolandıran media orqanı yoxdur. Onların bağlanmaq təhlükəsi əsasən bununla bağlı ola bilər. Son vaxtlar isə ölkədə ümumilikdə maliyyə vəziyyəti pisləşib. Ona görə də ixtisarların olması qaçılmaz olacaq.
Bir sözlə, bu gün baş verənlərdə mənim üçün yeni bir şey yoxdur".


384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP