Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2016

Rusiya XİN:"Ağ Ev yaraqlıları öz qanadları altına aldı"

Vaşinqtonun Suriyada terrorçularla mübarizə məsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi yaraqlılar üçün yaxşı hədiyyə olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, "əgər Vaşinqtondan qarşılıqlı fəaliyyətin dayandırılmasına dair səsləndirilən təhdidlər rəsmi qərara çevrilərsə, o zaman artıq şübhə qalmayacaq – Ağ Ev yaraqlıları öz qanadları altına aldı və terrorçuların küçəsində böyük bayram şənliydir".

XİN rəsmisi ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauerin "Suriya və Rusiya qüvvələrinin fəaliyyətinin İŞİD və "Nüsra cəbhəsi" terror qruplaşmaları üçün "hədiyyədir" sözlərini belə şərh edib.

Zaxarova qeyd edib ki, Vaşinqton uzun müddət Suriyada terrorçuların mövcudluğunu prinsipcə inkar edib.


684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP