Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2016

Rusiya: “11 sentyabr teraktına bənzər hadisələr yenidən təkrarlana bilər”

Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov söyləyib.

Onun sözlərinə görə, hazırda bütün dünya bu cür teraktların yenidən yaşanmamasına çalışır. O həmçinin Vaşinqtonun “Terrorizmin sponsorlarına qarşı ədalət” qanun layihəsi sayəsində yenidən beynəlxalq hüquq normalarını pozduğunu bildirib:

“ABŞ siyasətçiləri hələ də öz yurisdiksiyalarını bütün dünyaya yaymaq xəttini hələ də davam etdirirlər. Onlar dövlət suverenliyi amilini nəzərə almırlar”.

Əfqanıstan məsələsinə toxunan Sıromolotov İŞİD terror təşkilatının məhz buradan Suriyaya girmək istədiyini bildirib:

“Onlar özləri də bəyan edirlər ki, Əfqanıstan faktiki olaraq onları maraqlandırmır. Onları Mərkəzi Asiya maraqlandırır. Niyə? Ona görə ki, İŞİD-in döyüşçülərinin 50-60%-i Mərkəzi Asiya, Şimali Qafqazdan olanlardır. Hələlik İŞİD-in Mərkəzi Asiyaya girmək üçün kifayət qədər potensialı yoxdur”./axar/


647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP