Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2016

MTN-nin şərlədiyi ilahiyyatçı Ceyhun Cəfərov azadlığa buraxılıb

Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan və Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə təqsirləndirilən Ceyhun Cəfərov azadlığa buraxılıb.

Ceyhun Cəfərovun vəkili Cavad Cavadov bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Hacı Ceyhun Cəfərov 2015-ci ilin mart ayında MTN əməkdaşları tərəfindən saxlanılıb. İlahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. Eyni zamanda “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib./KİV/


808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP