Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2016

Tarixi etiraf: “Messini öldürmək istədim”

Argentinanın əfsanəvi futbolçusu Xuan Sebastiyan Veron “Barselona”lı Messi ilə bağlı etiraf edib.

Veron 2009-cu ildə Argentinanın “Estudiantes” və İspaniyanın “Barselona” klubları arasında baş tutan oyunda qol vurduğu üçün Messini öldürmək istədiyini deyib:

“Messi qol vuranda onu öldürmək istədim. Bu oyun “Estudiantes” üçün tarixi şans idi”.

Qeyd edək ki, bu komandalar 2009-cu ildə FİFA Dünya Klubları Kubokunun finalında qarşılaşıb. Dramatik keçən oyunda Barselona 1-0 geridə olmasına baxmayaraq, 89-cu dəqiqədə Buskets və 110-cu dəqiqədə Messinin vurduğu qollarla kubokun sahibi olmuşdu.


1031 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP