Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2016

Suriya ordusunun son sutkada Hələbdə azad etdiyi məntəqələr

Suriya ordusu və müttəfiqləri Hələbin Həndərat bölgəsini və əl-Kindi xəstəxanasını terrorçulardan geri alıb.
İslaminSesi bu barədə əl-Məyadinə istinadla xəbər verir.

Əlavə edilib ki, Suriya ordusu Hələb qalasının kənarında yerləşən və yenicə azad edilən əl-Fərafirə kvartalında öz mövqelərini möhkəmləndirib.

Qeyd edək ki, ABŞ-la Rusiyanın Hələbdə nail olduqları atəşkəs cəmi bir neçə gün qüvvədə qalıb. ABŞ və Rusiya Hələbdə atəşkəsin pozulmasında bir-birini öz müttəfiqlərinə təzyiq göstərməməkdə ittiham edirlər.

Hələbdəki qruplaşmalar muhasirəyə düşdükdən sonra ABŞ-ın atəşkəs təkliflərinin ardı arası kəsilməyib./islaminsesi/


684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP