Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2016

İran kəşfiyyat şefi: “Səddama 40 milyard verilmişdi ki…”

Səudiyyə Ərəbistanı İran-İraq müharibəsində Səddam Hüseynə 40 milyard yardım edib.

Bunu İranın keçmiş kəşfiyyat naziri Heydər Muslihi əhali qarşısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, bunu Səudiyyə Ərəbistanının keçmiş vəliəhdi Naif o zaman İran nümayəndə heyətinə söyləyib:

“Suriya böhranı başlayandan bu yana bəziləri Ər-Riyadla danışaraq bu konflikti həll etməmizi istədiklərini deyirlər. O zaman Milli Təhlükəsizlik Şurasının iclası təşkil edildi və buradan bir qrupun Səudiyyə Ərəbistanına gedərək müzakirələr aparması qərarı qəbul edildi. Qrup lideri olaraq Ər-Riyada mən göndərildim. Səudiyyə Ərəbistanına gedəndə o zamankı vəliəhd Naiflə görüşdük. Naif bizə İran-İraq savaşında Səddama 40 milyard dollar kömək etdiklərini söylədi. Eyni zamanda əlimizdə olan sənədlərə əsasən, Fars körfəzi ölkələri Səddama 70 milyard dollar veriblər. Düşmənin məqsədi həmişə bizi yox etmək olub”./axar/


731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP