Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2016

ZİLLƏT VƏKİLİ "SANCAQ"IN YOLUNU POLİSDƏN SALDI

Referendumdan sonra Milli Məclisdə deputatarın ilk mövzü SANCAQ-ı bağladaq. Sonra isə məni Bakı Şəhər Baş Polis idarəsinə çağırırlrar...

Bəzənib getdim Bakı Şəhər Baş Polis idarəsinə. Rəisin otağına girən kimi şalvarın ciblərini çölə çıxartdım, bax beləcə oturdum onnan üzəüz.

Polis işçisi gülərək sual verir ki şalvarın cibini niyə belə edibsən? Deyirəm bu təzə dəbdir, özüm kəşf eləmişəm, şəhərdə belə gəzirəm. Polis idarəsinə də belə gəlmişəm, fikirləşdim ki birdən sehirli cubuğunuzu işə salıb cibimnən iqruşka zad çıxardadız :)
Möcüzə baş verdi, cibimdən tank, şəkər tozu, un heçbirşey çıxmadı :)

Milli Məclisin bugünkü iclası, SANCAQ-ı bağlatdırmaq məsələsi və günün sonunda polis idarəsinə çağırış heç də təsadufi deyil.



Yenə mənə ölkədə analoqu olmayan inkişaf haqqında nağılları danışıblar. Mənə deyirlər ki haqq yoluna gəl, özüvü təhlükəyə atma, bu xalqa görə dəyməz nəsə eləmək, gələcəyivi düşün, sənə işıqlı gələcək qura bilərik və s.

Bucür təklifləri, vədləri çox eşitmişəm. Hamısından dərxal imtina eləmişən. Mənə nə onların varlığı, nə işıqlı gələcəyi heç nəyi lazım deyil.

Polis idarəsində bildirdim ki biz istəyirik ki normal ölkədə yaşayaq, vətəndaşlara dəyər verilsin, iş yerləri açılsın, rüşvətxorluq, qanunsuzluq, məmur özbaşnalığı olmasın. Normal təhsilimiz, səhiyyəmiz olsun. Bütün günü oturubsuz isti kreslolarda arada bir pəncərədən baxın görün ölkəni nə günə qoyublar. İşsizlik, pulsuzluq, ərzaqların qiyməti günü gündən qalxır, camaat acınnan günorta durur. Buna necə göz yuma bilərik?

1 saat söhbət edib gördülərki "ağıllanan" deyiləm və uzatmadan sərbəst buraxdılar :)

Mən heç bir qanunsuz işlə məşğul olmuram, düşünürəm ki mən doğru yoldayam və heçnə və heçkim məni bu yoldan döndərə bilməz. Odurki SANCAQLamağa davam!




1773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP