Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2016

01 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:



Bakıda və Abşeron yarımadasında

Oktyabrın 01-də bəzi yerlərdə yağış yağacağı, havanın gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Oktyabrın 01-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.



Tibbi-meteoroloji proqnoz

Oktyabrın 03-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.


788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP