Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2016

Eldar Mahmudov həbs oluna bilər

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsi yenidən gündəmə gəlib. Qeyd edək ki, “MTN işi” çərçivəsində qurumun 20-dən artıq vəzifəli şəxsi həbs olunsa da, Eldar Mahmudov hələ də azadlıqdadır. Lakin “MTN işi”nin istintaqında bütün izlərin Eldar Mahmudova aparması artıq onun həbsi məsələsini gündəmə gətirib. Son günlər “MTN işi” ilə bağlı yayılan məlumatlar da bu qənaəti yaradır. Məsələn, “8-ci kilometr bazarı”nın Akif Çovdarov və Hilal Əsədovun əlinə keçməsi ilə bağlı yayılan məlumatda məlum olur ki, hər iki şəxs bazarı sahibindən Eldar Mahmudovun tapşırığı ilə alıblar. Hər halda Hilal Əsədovun istintaqa ifadəsində bu barədə Eldar Mahmudova məruzə edildiyini bildirməsi iddia olunur.
Bundan başqa Akif Çovdarova 3 milyon manat xərac verdiyi iddia olunan Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun istintaqa ifadəsində məsələ barədə dəfələrlə Eldar Mahmudova zəng etdiyi, ikincinin “Akif Çovdarov necə deyirsə elə et” dediyi bildirilir. Məlumatlarda vurğulanır ki, “MTN işi”nin istintaqında Eldar Mahmudovun əleyhinə verilə ifadələrin sayı-hesabı yoxdur. Keçmiş MTN şefinin qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangirə Hacıyevə sərt münasibət, bankirin də susmaması Eldar Mahmudovun vəziyyətini çətinləşdirib. Məlumat üçün deyək ki, prokuror Cahangir Hacıyevə 17 il “iş” istəyib. Ekspertlər hesab edir ki, bu, bankirin məhkəmədə arzuolunmaz açıqlamalar verməsilə bağlıdır. Lakin oların fikrincə, Cahangir Hacıyev susmayacaq. Bu isə Eldar Mahmudovun da həbs olunmasını şərtləndirə bilər.


890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP