Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2016

ABŞ vətəndaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb

2001-ci ilin 11 sentyabrında terrorçuların hücumu nəticəsində Pentaqonda həyatını itirən hərbçinin həyat yoldaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb.

Bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata görə, Stefani Ross Vaşinqton şəhər məhkəməsinə iddia ərizəsi təqdim edib. Sənəddə qeyd olunur ki, Səudiyyə Ərəbistanı hökuməti “Əl-Qaidə” terror təşkilatı və onun rəhbəri Usamə ben Ladenə dəstək verib.

Qeyd edək ki, sentyabrın 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanın Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı iddia qaldırılmasına icazə verən qanuna tətbiq etdiyi vetonu ləğv edib.

Xatırladaq ki, bu ilin mayında ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları ilə əlaqədar Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib./apa/


590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP