Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2016

Mafiya hərbçilərə hücum etdi: 6 ölü, 9 yaralı

Meksikada hərbi patrula hücum olub.

Sinaloa ştatının Kuliakan şəhəri yaxınlığında baş vermiş hadisə nəticəsində 6 nəfər ölüb, 9 hərbçi yaralanıb.

Məlumata görə, hərbi karvan daha əvvəl hərbçilərlə atışma zamanı yaralanmış cinayətkarı müşayiət edirmiş. Hərbçilərə hücumun məqsədi onun qaçırılması olub. Basqınçılar istəklərinə nail ola biliblər.

Döyüş nəticəsində iki hərbi maşın tamamilə yanıb. Maşınlarda olan hərbçilər çıxa bilməyiblər və diri-diri yanıblar. Mafiya üzvləri arasındakı itkilər barədə məlumat yoxdur.

Ordu rəsmiləri hücumun arxasında “Bəstəboy” ləqəbli narkobaron Xoakin Qusman Loeranın oğullarının durduğunu bəyan ediblər. “Bəstəboy” qüdrətli “Sinaloa” narkotik kartelinin başçısıdır. O, bu ilin yanvarında həbs edilib və ABŞ-la sərhəddəki həbsxanada saxlanılır./apa/


618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP