Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2016

Girov azərbaycanlılar azad olundu

Ukraynada Kiyev şəhəri ətrafında iki həftə əvvəl oğurlanan azərbaycanlı iş adamı evinin qarşısında sərbəst buraxılıb.

Report-un məlumatına görə, Ukrayna vətəndaşı olan 39 yaşlı iş adamı Elvar İskəndərovu oğurlayan şəxslər əvvəlcə külli miqdarda pul istəsələr də sonradan qarşılıqsız şəkildə sərbəst buraxıblar.

Həmçinin, bir müddət əvvəl oğurlanan digər əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də girovluqdan azad olunub. Onu da qanunsuz girov götürənlər sərbəst buraxıblar.


641 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP