Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2016

İraq ordusu Mosulda İŞİD-ə ağır zərbələr endirdi

İraqın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İŞİD terror qruplaşmasının Mosulda yerləşən mövqelərinə aviazərbələr endiriblər.

Bu aviazərbələr nəticəsində İŞİD terror qruplaşmasında ağır itkilər baş verib. İraq aviasiyasının İŞİD-in mövqelərinə həmləsi nəticəsində onlarla terrorçu və bir neçə komandir məhv edilib.

Qeyd edək ki, İraqın Silah Qüvvələri Xalq Könüllülərindən ibarət dəstə ilə birgə İŞİD terror qruplaşmasının İraqda sonuncu qalası olan Mosulu azad etmək üçün genişmiqyaslı anti-terror əməliyyatlarına başlayıb. Bu əməliyyatlar başlayan kimi İŞİD terror qruplaşmasının bir neçə komandiri qadın geyimlərini geyinərək döyüş bölgələrindən qaçmağa başlayıblar. İraq ordusu Mosulu azad etmək üçün 40 minlik ordunu səfərbər edib./deyerler/


630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP