Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2016

Zamin Hacı polis idarəsinə çağrılmasından yazdı

''Mədəni qaydada çağırılanda sevinirəm''

"Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Əməkdaşımızın Musavat.com-a verdiyi məlumata görə, bu gün səhər saatlarında ona BŞBPİ-nin istintaq şöbəsindən zəng vuraraq saat 17-də idarəyə söhbətə dəvət ediblər.

Ancaq jurnalistə polis idarəsinə nəyə görə, hansı səbəbdən çağırıldığını deməyiblər.

Təxminən 50 dəqiqə müddətində BŞBPİ-də olan və idarənin əməkdaşı Nazim Abdullayevin suallarına cavab verən Z.Hacı daha sonra sərbəst buraxılıb. Jurnalistə bildirilib ki, onunla aparılan söhbət ictimaiyyətə açıqlanmamılıdır.

Bununla belə, Zamin Hacı sosial şəbəkədəki səhifəsində BŞBPİ-də keçirdiyi görüşlə bağlı müəyyən qeydlər edib. Jurnalistin qeydləri aşağıdakı kimidir:

"Bu gün səhər Bakı Baş Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Nazim Abdullayev telefonla arayıb idarəyə gəlməyimi istədi. Mən də getdim, bir qədər söhbət elədik, Nazim müəllim dedi ki, çoxdandır dostluq atmışam, niyə mənim dostluğumu qəbul eləmirsən. Zarafat edirəm, rəislə danışığımızın məzmununu burda yazmayacağam, çünki ortada söz var, söz vermişəm söhbət qırağa çıxmasın. Ancaq qısaca deyim ki, rəis mənə ağıllı olmağı məsləhət gördü, üstəlik, özümün də ağıllı adama bənzədiyimi görüb razı qaldığını bildirdi. Açığı, mən də bu dövlət quruluşunda harasa belə mədəni qaydada çağırılanda sevinirəm, çünki analoqu olmayan qüdrətli dövlətimizin imkanı var ki, istənilən tində ağılsız başıma lomu qoyub uydursun. Uzun sözün qısası, diqqətə görə minnətdaram. Bir də zəhmətkeşlərimiz qorxmasın
- şənbə yaxşı gündür./musavat/


697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP