Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

Təhlükəli xəstəlik: mal-qara tələf olur

Astarada heyvanlar arasında xəstəlik yayılıb.

Xeyli sayda heyvan artıq tələf olub. Əsasən iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik bir neçə kənddə müşahidə edilsə də, ən acınacaqlı vəziyyət rayonun Şiyəkəran kəndindədir. Sakinlərin sözlərinə görə, xəstə heyvanların sayı 100-dən artıqdır. Edilən müalicələr heç bir effekt vermir. Artıq xəstə heyvanlara baytar həkimlər də baş çəkib.

Astara Baytarlıq İdarəsinin müdiri Mübariz Axundovun sözlərinə görə, xəstəlik yağışlı günlərdə heyvanların örüşə çıxarılması səbəbindən yaranıb. Mal-qara otlardan zəhərlənib. Heyvanların tövləyə qaytarılıb quru otla yemləndirilməsindən sonra hər şey qaydasına düşəcək./atv/


462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP