Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

Göyçayda üsyan: pensiya və maaşlar verilmir, işıqlar kəsilir

Qeyd etmək lazımdır ki, demək olar Azərbaycanın bütün rayonları bu vəziyyətdədir...

Pensiya və maaşlar verilmir, işıqlar kəsilirİqtisadi böhran və məmurların talançılığı əyalətləri ayağa qaldırır; Bölgələrdə əhali ciddi sosial problemlər məngənəsində çabalayır...

Göyçay camaatı çətinliklər içərisində boğulur.

Gələn son xəbərə görə, avqustun sonlarında işə başlayan müəllimlər üç günlük və sentyabr ayının ilk yarısı üçün maaşlarını ala bilməyib.

Hər ayın 20-dək təqaüdlərini almalı olan təqaüdçülər isə təqaüdlərini ala bilmirlər. Ancaq maraqlıdır ki, qonşu İsmayıllı rayonunda təqaüdlər bir neçə gün əvvəl verilir.

Borc içində yaşayan, dükanlarda nisyə dəftəri, apteklərdə dərman pulu borcu olan Göyçay sakinləri, müəllim və təqaüdçüləri məmur özbaşınalığından cana doyublar.

Sakinlərin sözlərinə görə, məmurlar və yerli icra hakimiyyəti başçısı göyçaylıların dərdi ilə maraqlanmır. Əhalinin kommunal borcları da yığılıb.

İmkansızlıqdan ödəniş edə bilməyən əhali işsizlikdən, məmurların büdcə pullarını talan etməsindən narazıdır. İndisə pensiya və maaşlar gecikir deyə vəziyyət daha da ağırlaşıb.

Sakinlər qeyd ediblər ki, rayon bir neçə gün işıqsız qalıb: “Azerenerji” ASC-nin Göyçay Elektrik Şəbəkəsinin rəisi Göyçayda abonentlərin elektrik enerjisinin kəsilməsini 150 000 manat borca görə olduğunu əsaslandırır.

Həmin idarənin işçiləri də deyirlər ki, “referenduma görə indi kəsirik, əslində borca görə elektrik enerjisi çoxdan kəsilməli idi. Bütün bunlar da bizim o "1 qəpik" günahlarımızdır.

Gördüyünüz kimi, cəmiyyət öz qəpiyinin qədrini bilib vətəndaşlara vaxt belə vermək istəmir. Biz isə sağa-sola pul səpirik. Adını da qoyuruq qəpik-quruş. Hal-hazırda Göyçayda 100-lərlə ailənin işıqsız qalması heç kimi maraqlandırmır”./politika/


508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP