Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

MTN-nin “Sədərək” qanadı ticarətçiləri soyur

MTN-nin “Sədərək” qanadı ticarətçiləri soyur“Sədərək” yarmarkasından böyük köç başlayıb; Ticarət Mərkəzində çalışanlar qeyri-rəsmi haqların yığılmasından, bazar rəhbərliyinin özbaşınalıqlarından cana doyaraq dükanları təhvil verirlər...

Bu barədə politika-ya bir qrup ticarətçi məlumat verib. Onların sözlərinə görə, tacirlər məcburiyyət qarşısında bazarı tərk etməli olurlar.

Əksər ticarətçilər yaxınlıqdakı “Binə” və ya “Karvansaray” bazarlarına üz tutur. Alverçilər qeyd edirlər ki, “Sədərək” rəhbərliyi ağını çıxarıb.

Hər ay müxtəlif bəhanələr taparaq qanunsuz pul yığırlar. Onsuz da alıcılıq qabiliyyətinin aşağı düşdüyü və böhrna yaşandığı vaxtda dükan sahibləri bir də belə çətinliklərlə üzləşir.

Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli isə getdikcə varlanır, oliqarxlaşır. Elə bu günlərdə oğluna dəbdəbəli toy edən bazar sahibi Türkiyənin məşhur ulduzları Fərhat Göçer, Mustafa Çeçeli, Bengü, fransız İngrid və ukryaynalı Anna - Maryanı dəvət etmişdi.

Sahibkarlar isə qan ağlayır, cürbəcür pul yığımlarından bezar olub başqa yarmarkalara işləməyə gedirlər. Onlardan gah təhlükəsizlik, gah mühafizə, gah kamera pulu yığılır, gah təmzilik işləri üçün pul alınır.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda Yusif Qədimbəylinin MTN rəhbəri olmuş Eldar Mahmudova dövlət çevrilişi üçün 10 milyon nəğd pul verdiyi iddia olunur. Eldar Mahmudov nazir olan vaxt Y.Qədimbəyli nazirliyə çağırılaraq, onunla vacib məsələni danışacağınə bildirir.

Səhər saatlarında nazirliyə gedən Yusif, bir neçə saat davam edən görüşdən sonra kassirinə zəng edərək, iki günə 10 miliyon hazırlamağını tələb edir.

Vədə tamam olan vaxt 10 miliyon dollar, gecə saatlarında Mahmudovun restoranında ona çatdırılır. Pulu Mahmudova verən Qədimbəyli işlər əla gedəcəyi halda, yaxın günlərdə vəzifədə alacağı xəbərini alır.


483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP