Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

İran DİN başçısı bu gün Azərbaycana gələcək

İran İslam Respublikasının daxili işlər naziri Əbdülreza Rəhmani Fəzli bu gün Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində DİN başçısı ikitərəfli münasibətlərin aktivləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparmaq üçün Azərbaycan rəhbərliyi ilə görüşəcək.

İranın daxili işlər nazirinin beynəlxalq əlaqələr üzrə müavini Babək Dinpərəst bildirib ki, səfərin uğurla yekunlaşması iki ölkə arasında əməkdaşlıqda dönüş nöqtəsi olacaq.
Qeyd olunur ki, nazirin Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.


440 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP