Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

Seyid Həsən Nəsrullah: İslam İmam Hüseynin (ə) qanı sayəsində yaşayır

İnsanları öldürərək və başlarını kəsərək Allaha çatacaqlarını deyən təkfirçi terrorçular və müttəfiqləri, Muslim İbni Uqbənin nəvələridir.

Livan Hizbullah Hərəkatının rəhbəri Seyid Həsən Nəsrullah bütün islami məzhəblərin bu gün yaşamasını İmam Hüseynin (ə) qanına və fədakarlığına borclu olduğunu deyib.

O, Məhərrəm ayının başlanması ilə birlikdə Beyrutda Seyyiduş-Şuhəda Aşura mərkəzində çıxış edib.

Seyid Həsən Nəsrullah çıxışında qeyd edib ki, düşmənin əsas hədəflərinə çatmasının qarşısını almaq, həqiqi mənada qələbə deməkdir. Müqavimət gücü düşmənin əsas hədəflərinə çatmasını mane olduğuna görə, qələbə qazanıb. Müqavimət 1985-ci və 2000-ci illərdə olduğu kimi hədəfinə çatmışdır.

Kərbəlada fərqli hədəflərə malik iki ordu vardı, əgər dünya və axirət baxımdan hadisəyə baxsaq, hansı tərəfin qalib gəldiyini rahatlıqla söyləyə bilərik.

"İslam və İslamın bütün məzhəbləri Hz.Hüseyinin qanının bərəkəti ilə diri qaldı və yayıldı. Yoxsa İslamdan geriyə bir şey qalmazdı".

"Həzrət Hüseynin insanları qiyama sövq edən qüvvə və qabiliyyəti var idi. Eynilə İran İslam inqilabında və islami müqavimətdə olduğu kimi. Bu gücü, bütün təkfirçi qruplara qarşı müqavimətdə görürük və bütün təkfirçi qruplara qarşı mübarizədə bu güc və iradə vardır"./maide/


385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP