Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

İrandan Türkiyə xəbərdarlığı

İran İstanbulda iranlı turistin öldürülməsindən sonra vətəndaşlarına xəbərdarlıq edib.

İran hökuməti Türkiyədəki vətəndaşlarını təhlükəsizliyi təmin olunmayan məkanlara getməməyə çağırıb. İranın Ankaradakı səfirliyi yaydığı açıqlamada “Türkiyəyə səyahət edən vətəndaşlarımız təhlükəli yerlərə getməkdən çəkinməlidir”, - deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Fateh Kamalpaşa məhəlləsində iki iranlı turist 6 nəfərin hücumuna məruz qalıb. Hadisədə turistlərdən biri bıçaqlanaraq öldürülüb.


408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP