Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

Əbubəkr Bağdadinin yeməyinə zəhər qatdılar

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadiyə sui-qəsd cəhdi olub.

“RİA-Novosti” xəbər verir ki, bu barədə İraqın Naynava əyalətindəki şəxsi mənbəyə istinadən “Iraqi Media News Agency” bildirib.
Hadisə Neynava əyalətinin mərkəzi olan Mosul şəhərində baş verib.
“Əbubəkr Bağdadi və İŞİD-in üç aparıcı komandirinin qidadan zəhərlənməsi ilə bağlı kəşfiyyat məlumatı daxil olub”, - agentliyin həmsöhbəti deyib.
Mənbənin sözlərinə görə, Bağdadi və digər üç komandir ağır zəhərlənmədən əziyyət çəkir. Onlar naməlum istiqamətə aparılıb. Hadisənin baş verdiyi ərazidə həbslər başlanıb.
Agentliyin həmsöhbəti əlavə edib ki, Bağdadinin yerdəyişmələri yalnız onun yaxın ətrafına məlumdur. İŞİD lideri İraq və Suriyada öz yerini daim dəyişdirir./publika/


390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP