Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

Kadırova sui-qəsd: Prezidenti təsadüf xilas etdi

2016-cı ilin yazında Çeçenistan lideri Ramzan Kadırova qarşı sui-qəsd təşkil edilib.

Bu barədə informasiyanı “Novaya qazeta” özünün etibarlı mənbələrinə istinadən yayıb. Sui-qəsd Benoy kəndi yaxınlığında təşkil edilib.

Sui-qəsdçilər Kadırovun bu kənddəki iqamətgahında partlayıcı qurğu yerləşdiriblər. Hüquq mühafizə orqanları isə Kadırova qarşı sui-qəsdin üstünü tam təsadüf nəticəsində açıb.

Qəzetin iddiasına görə, mayın 9-da Çeçenistanda terakt törətmiş terrorçuların telefonundan Çeçenistan liderinin administrasiyasının rəhbəri İslam Kadırovun qohumu Valid Kadırovun nömrəsi aşkar edilib. Bu da çeçen liderə qarşı sui-qəsdin əsas təşkilatçısının kim olması ilə bağlı ipucu olub.

İndiyə qədər Valid Kadırovun harada olması haqqında heç bir məlumat yoxdur. Onun qohumu isə əvvəlcə sui-qəsddə iştirakda günahkar bilinsə də, sonradan öz təqsirsizliyini sübuta yetirə bilib. İndiyə qədər sui-qəsddə günahkar hesab olunan onlarla şəxs həbs edilib və böyük miqdarda silah-sursat ələ keçirilib.

Qeyd edək ki, mayın 9-da Çeçenistanda terakt törədilib. Nəticədə bir polis ölüb, 10 nəfər isə yaralanıb./axar/


352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP