Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

Məxfi sənədlər: “Tramp prezident olsa, ABŞ...”

Donald Trampın ABŞ prezident seçkisində qələbə qazanması Amerika iqtisadiyyatı üçün böyük problemlər yaradacaq.

Bu barədə informasiyanı “Şpigel” jurnalı Almaniya İqtisadiyyat Nazirliyindən əldə etdiyi məxfi sənədlər əsasında yayıb.

Rəsmi Berlin Trampın qələbəsinin reallaşacağı halda Amerikanın ümumidaxili məhsulunun azalacağı və işsizliyin artacağını bəyan edib:

“Trampın iddialarını reallaşdırmaq mümkün deyil. Onun planları beynəlxalq qanunları da pozur”.

Qeyd edək ki, Tramp bundan öncə prezident seçiləcəyi təqdirdə 25 milyon yeni iş yeri açacağını bəyan edib. O, həmçinin iqtisadiyyat üzərində dövlət nəzarətinin yox olmasını və dövlətlərarası ticarət müqavilələrinə yenidən baxılmasını istəyir./axar/


848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP