Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2016

Kadırov Suriya hərbçilərini Çeçenistanda təlim keçməyə çağırdı

Çeçenistan Qudermes şəhərində xüsusi təyinatlılaırn hazırlığı üçün nəzərdə tutulan beynəlxalq mərkəzdə Suriya hərbçilərinə təlim keçməyə hazırdır.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

“Niyə də olmaısn. Suriya bizə müttəfiq dövlətdir. Onlar da bizim kimi terrorizmlə mübarizə aparırlar”,- deyə o qeyd edib.

Bununla bərabər Kadırov məsələ ilə bağlı son qərarın ali baş komandan (Putin) tərəfindən veriləcəyini bildirib.

Xatırladaq ki, Kadırov bu ilin aprelin 1-də Suriyada üsyançıların tərəfində vuruşan çeçenlərin əksəriyyətinin məhv edildiyini bildirmişdi.

Qeyd olunur ki, Qudermes şəhərində yerləşən xüsusi təyinatlıların hazırlanması üçün tikilən mərkəz keçən il istifadəyə verilib. Mərkəz taktiki şəhəri xatırladır və 16 atış qalereyasına sahibdir. Mərkəz 400 hektarlıq ərazidə yerləşir./musavat/


483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP