Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2016

42 yaşlı kişinin boğazı kəsilib - Bakıda

Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib.

8-ci mikrorayon ərazisindən 42 yaşlı Azər Məmmədov boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyata götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər.

Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerində olublar, müayinələr aparılıb.

Azər Məmmədov həkimlərə özünün özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgünlüyü polisin apardığı araşdırmaların yekununda məlum olacaq./apa/


335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP