Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2016

MƏHƏRRƏM AYININ İKİNCİ GÜNÜ KƏRBƏLADA BAŞ VERMİŞ HADİSƏLƏR

Tarixi mənbələrə əsasən bu gün Hürr ibn Yezid Riyahi, Ubeydullah ibn Ziyada bir məktub yazaraq onu İmamın (ə) Kərbəlaya girişindən xəbərdar etdi.

İMAM HÜSEYN(Ə)İN (Ə) DUASI
İmam Hüseyn (ə) öz əhli-beytini, övlad və qardaşlarını toplayıb onlara bir nəzər salaraq ağladı və belə dedi: İlahi! Biz sənin peyğəmbərin olan Məhəmmədin (s) ailəsiyik. Bizi cəddimizin hərəmindən qovdular və Bəni Üməyyə bizə cəfa etdi. İlahi! Bizim haqqımızı zalımlardan al və bizləri ədalətsizlərə qalib et. Ümmi Gülsüm İmama (ə) dedi: bu vadidə qəribə hiss keçirir və qorxulu qüssə qəlbimə kölgə salıbdır. İmam Hüseyn (ə) bacısına təsəlli verdi.
İmam Hüseynin (ə) sözləri İmam (ə) Kərbəla çölünə daxil olandan sonra öz səhabələrinə buyurdu: “İnsanlar dünyanın quludur və dini yalnız dillərində dadlı bir şey kimi saxlıyarlar, onun dadını dillərindən gedənə qədər saxlayar, eləki imtahan gəlir dindarlar azalır”.

İMAM HÜSEYNİN (Ə) KUFƏ ƏHLİNƏ MƏKTUBU
İmam (ə) kağız və mürəkkəb istədi. Öz nəzərlərində möhkəm qaldığını sanan Kufə böyüklərindən bir neçəsinə bu məktubu yazdı.
Bismillahir-Rəhmanir-Rəhim
Hüseyn ibn Əlidən (ə) Süleyman ibn Surəd, Müsəyyib ibn Nəcbə, Rəfaət ibn Şədad, abdullah ibn Val və bir dəstə möminlərə: siz bilirsiniz ki, Allahın Rəsulu (s) həyatda olarkən buyurmuşdur: hər kim Allahın haramını halal edən, öz əhdini sındıran, mənim qanunlarımla zidd olan, Allah bəndələri ilə zülmkarlıqla rəftar edən zalım bir şahı görüb dili yaxud əməli ilə etiraz etməzsə layiqdir ki, Allah o ədalətsiz şaha hazırladığı əzabı onun üçün də hazırlasın. Həmçinin siz bilirsiniz və bu dəstə (Bəni Üməyyə) tanıyırsınız ki, Şeytana itaət etmiş və Allahın itaətindən çıxmışlar. Fəsadı aşkar, Allahın hədlərini unutmuş, qənimətləri özlərinə aid etmiş və Allahın halalını haram, haramını isə halal etmişdir. Sizin məktublarınız mənə çatdı və elçiləriniz yanıma gələrək dedilər ki, siz mənimlə beyət etmisiniz. Məni heç vaxt mübarizə meydanında tək qoymaz və məni düşmənə təslim etməzsiniz. Əgər öz əhdi-peymanınızda möhkəm durmusunuzsa hansı ki, savab yolu da elə budur, mən sizinləyəm, ailəm ailənizlədir. Mən də, sizin öndəriniz olacam. Əgər belə etməsəniz və əhdinizdə möhkəm olmasanız mənim beyətimi öz üzərinizdən götürmüsünüz. Öz canıma and olsun ki, təəccüb etmərəm necə ki, atam, qardaşım və əmim oğlu Müslüm ilə rəftarınızı görmüşəm. Sizlərə ancaq naşı insanlar aldanar. Siz mənimlə yoldaşlıq etmək fürsətini əldən vermisiniz. Kim əhd-peymanını sındırsa ziyanını görəcək və Allah məni tezliklə sizdən ehtiyacsız edəcək. Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə.
İmam (ə) məktubu bağlayıb möhürləyərək Qeys ibn Müshər Siydaviyə verdi və Kufəyə göndərdi. İmam Hüseyn (ə) Qeysin şəhadət xəbərini eşidəndə ağlayaraq göz yaşı üzünə axdı və buyurdu: İlahi! Bizim və şiələrimiz üçün öz yanında uca məqam qərar ver, bizi onlarla öz rəhmətinin yanında qərar ver ki, Sən hər bir işi görməyə qadirsən.
Sonra İmam (ə) Allaha həmd və səna edib Məhəmməd və Məhəmməd ailəsinə salam göndərdi və xütbə oxudu.

İMAM HÜSEYNİN (Ə) SƏHABƏLƏRİNİN SÖZLƏRİ
İmam Hüseynin (ə) xütbəsindən sonra, Züheyr ayağa qalxıb dedi: Ey Peyğəmbərin (s) oğlu! Sənin sözlərini eşitdik, əgər bizim dünyamız həmişəlik və biz də, o dünyada əbədi olsaydıq səninlə qiyam etməyi və sənin yanında şəhid olmağı dünyada qalmaqdan üstün tutar və müqəddəm edərdik.
Sonra Bureyr ibn Xüzeyr ayağa qalxaraq dedi: Ey Allah rəsulunun oğlu! Allah sənin vasitənlə bizə minnət qoyub ki, biz sənin yanında cihad edək və bədənlərimiz tikə-tikə olsun ki, böyük cəddin Allahın Rəsulu (s) bizə Qiyamət günü şəfaət etsin. sonra bir-bir başqa səhabələr ayağa qalxaraq öz sadiqliyini imam Hüseynə (ə) sözləri ilə bildirirdilər.

ÜBEYDULLAHIN İMAM HÜSEYNƏ (Ə) MƏKTUBU
Məhərrəm ayının ikisində baş verən mühüm hadisələrdən biri də, Übeydullahın imam Hüseynə (ə) yazdığı məktubudur.O, imam Hüseynin (ə) Kərbəlaya girişindən xəbərdar olandan sonra həzrətə bir məktub yazdı ki, o məktubda İmamı (ə) Yezidə beyət etməyə çağırmış əks təqdirdə həzrəti şəhid edəcəyini bildirmişdi. Məktub imam Hüseynə (ə) çatanda həzrət məktubu ixuyub yerə ataraq buyurdu: məxluqun razılığını Xaliqin qəzəbi müqabilində satın alan dəstə nicat tapmaz.
Übeydullahın göndərdiyi elçi həzrətdən məktubun cavabını soruşduqda İmam (ə) cavab verir: bu məktubun cavabı yoxdur. Çünki, Übeydullaha Allahın əzabı lazım və sabitdir.
Qasid, Hüseynin (ə) cavabını Übeydullaha çatdırdı. O qəzəbli halda Ömər ibn Sə`də baxaraq onu imam Hüseynlə (ə) döyüşməyə əmr etdi. Ömər Sə`d Rey şəhərinin valisi olması üçün dəridən-qabıqdan çıxmasına baxmayaraq imam Hüseynlə (ə) döyüşməkdən imtina etmək istədi. Lakin Übeydullah ona döyüşmədiyi təqdirdə Rey şəhərini görməyəcəyini bildirdi.
Ömər Sə`d Übeydullahdan düşünmək üçün bir gecə möhlət istədi.
Sonra bir neçə nəfərlə məsləhətləşdi. Hamı onu Hüseyn ibn Əli (ə) ilə vuruşmaqdan çəkinməyi məsləhət gördü. O da, inşallah döyüşməyəcəyini bildirdi. Lakin Übeydullahın təkidlərindən sonra imam Hüseyn (ə) ilə döyüşməyi üstün tutdu./maide/


296 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP