Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2016

Aşura simvollarına hücum edən Bəhreynli qüvvələrini vəhşiliyinə etiraz

Bəhreyn din alimləri, Bəhreyn rejimi qüvvələrinin Aşura və İmam Hüseyn qiyamının atributlarına hücum edilməsini pisləyiblər.

Bəhreynin Əl-Lolo televiziyasının verdiyi məlumata görə, Bəhreyn din alimləri birgə bəyanat yayıblar. Bəyanatda bildirilib ki, bu ölkədə Aşura simvollarına və atributlarına hücum etmək əslində din və dini müqəddəslərə hücum etmək deməkdir. Müsəlmanların dini müqəddəslərinə qarşı hücumlara dərhal son qoyulsun. Təbliğatçılar və xalq builki Aşura mərasimlərini daha təntənəli təşkil etsinlər.

Bundan əlavə Avstraliyada Demokratiya və İnsan Hüquqları Araşdırma Mərkəzi, Bəhreyndə müsəlmanların dini müqəddəsləri və İmam Hüseynin (ə) qiyamın simvollarına qarşı mütəşəkkil hücumların dini azadlıqların pozulması kimi dəyərləndirib.

Bu mərkəz beynəlxalq qurumlardan, Bəhreyn rəhbərliyinin despot hərəkətlərinin dayandırlması üçün zəruri addımların atılmasını istəyib.

Qeyd edək ki, Bəhreyn rejimi ötən illərdə olduğu kimi bu il də İmam Hüseynin (ə) matəm günləri və Məhərrəmliyin başlaması ilə birlikdə İmam Hüseyn (ə) üçün yas tutan qruplara və Aşura rəmzlərinə qarşı geniş hücumlara başlayıb./maide/


505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP