Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2016

Gürcüstanda Tasua Günü keçirilib

Bu gün azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli şəhərində ənənəvi Tasua Günü keçirilib.

Tədbirə qatılan din xadimləri, Marneuli sakinləri şəhərdəki “Əhli-Beyt” Mədəni-Maarif Cəmiyyətinin qarşısından İmam Əli məscidinə qədər yürüş ediblər. Müxtəlif şüarlar səsləndirən, mərsiyə deyən yürüş iştirakçıları İmam Əli məscidinin qarşısında toplaşıblar. Məscidin axundu Hacı Hacıyev İmam Hüseyn fəzilətləri və Tasua Günü haqqında ətraflı məlumat verib.

Tədbirdə iştirak edən İvangili-Babtist kilsənin metropoliti Malxaz Sonqulaşvili APA-ya deyib ki, Tasua Günü həqiqət uğrunda mübarizə, sülh, sevgi və barışıq deməkdir. O, Allahın yeganə olduğunu və başqa Allah olmadığını, bu gün İmam Əli məscidində müsəlmanlarla birgə Cümə namazı qıldığını bildirib./apa/


453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP