Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2016

Seyid Həsən Nəsrullah: "ABŞ İŞİD-i silahlandırır və maliyyələşdirir"

ABŞ rəhbərliyi Suriyadakı münaqişəni dərinləşdirmək və ölkəni parçalamaq məqsədilə İŞİD terror qruplaşmasını silahlandırır və maliyyələşdirir.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu “Əl-Manar” telekanalına müsahibəsində Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullah bildirib.

“Çox guman ki, ABŞ administrasiyası vəziyyəti daha da gərginləşdirmək üçün terrorçulara dəstəyini genişləndirəcək. ABŞ-ın hazırda məqsədi İŞİD terrorçularını Rəqqada və İraqla həmsərhəd Deyr-əz-Zorda cəmləşdirməkdir”, deyə Nəsrulla qeyd edib.

“Hizbullah” lideri hesab edir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusunun Deyr-əz-Zor yaxınlığındakı mövqelərinə zərbələri İŞİD-ə dəstək məqsədilə endirib: “Məqsəd Deyr-əz-Zor şəhərini və hərbi aerodromu ələ keçirməkdə İŞİD-ə yardım etməkdir”.

“Yaxın gələcəkdə siyasi həll gözlənilmir. Əksinə, münaqişə və qarşıdurma daha da dərinləşə bilər”, - deyə Həsən Nəsrulla qeyd edib.

Qeyd edək ki, Hizbullah Müqavimət Hərəkatı Suriyada münaqişə başlayandan terrorçulara qarşı döyüşür.


348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP