Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2016

Ölümə sevda günü…

İxtisarla...

Yer eşqidir bizmkisi…

Hüseyininkisə yerdəkinin göy eşqi idi…

Biz Hüseyinin əməlinə ona görə savaş deyirik ki, sevgimiz sevdalıqdan çıxıb, çox Yerləşib, Göyün ucalığından çox aşağı enib.

Biz Hüseyinin ölümünə İsa peyğəmbərin çarmıxa çəkilməsi kimi baxa bilmirik. İsa çarmıxa gedərkən necə getdiysə, Hüseyin də ölümə elə getdi. Xristianlar İsanın xilasına inandı, ona ağlamadı, bizsə Hüseynin ölümünə inanıb ona yas tutduq.

Hüseyninki savaş deyildi, mesajdı. Biz bu mesajı, zülmə qarşı dayanmağın nə olursa-olsun vacibliyini anlamadıq. Istəmədik bəlkə, çünki anlasaydıq, onun yolunu getməliydik.

Çünki qəlbimiz o sevdanın yükünü qaldırcaq qədər böyük deyil.

Biz sevdanı deyil, yaşamağı seçdik.

***

İnsan qəbul edə bilmədiyini hər zaman inkar edir.

Bizim Hüseyini inkar etməmiz də qəbul edə bilməməkdən doğur. Bu bir sevdadır ki, bəşər o sevdaya çata bilmədiyindən ağlamağı seçib. Bəlkə biz Hüseyinin ölümünə deyil, sevdamızın ölümünə yas tuturuq?

Bu ölkədə həbsdən, dəyənəkdən qorxub Taleh Bağırzadə və onun tərəfdarlarını həbsxananın alatoran və soyuq otaqlarında tək buraxıblar.

Hüseyinin davamçısını tək buraxanların ona ağlamağı necə səmimi ola bilər axı?

Bu gün Aşura deyib ağlayan belə Hüseyini qəbul edən deyil, ehsan verən belə dindar deyil. Olmuş olsaydı, o dindarları Ağır Cinayətlər məhkəməsinin qapısının ağzında görərdik. Orda onların ancaq ailələri var, o ailələri ki, sizlər üçün onlardan belə vaz keçiblər. Sizlər üçün onları təkliyin acısına tərk ediblər. Onlar ailələrini sizə qurban verdi, Taleh Bağırzadə yeni doğulmuş övladına belə dəmir barmaqlıqlar arasından toxundu ilk dəfə… O anda nələr hiss etdi, nələr keçdi ürəyindən, bilmirəm. Tək bildiyim o ki, bəlkə onsuz böyüyəcək oğlunu belə sizə görə atasızlığa məhkum etdi.

Bəs siz nə etdiniz?

Hüseyin sevdalısını tək buraxıb Hüseyin üçün ağladınız?!

Bu gün əllər yuyuldu, dəstamaz almaq üçün… Amma ruhlar yuyulmadı yenə… Allah sizin bu günkü matəm kədərinizi qəbul etdimi əcaba?

Kürdəxanıda soyuq otaqların daş divarlarına belə sizin üçün dua pıçıldayan Hüseyin davamçılarını tək buraxanlar, siz kimsiniz?!

***

Musa Fironun sarayında Allahın varlığını elan edəndə Firon uca bir yerə çıxıb onun harda olduğunu soruşdu.

Bu gün Azərbaycanda Fironun da davamçıları var, amma onlar Allahın harda olduğunu belə soruşmur daha… Çünki onların özlərinin Büt-Tanrısı var. Amma onlar İblis Tanrı kəlamında qorxduğu kimi, bu gün Allaha və azadlığa sevdalananlardan qorxurlar.

Bu Fironların qorxusu Mopassanın “Qorxu” su deyil, heç bir hissin, yeniliyin, təzə vərdişin qarşısında yaşaya biləcəyimiz qorxu da deyil. Miskin, aciz və nadan qorxudur. O qədər miskin ki, Nardaran adlı bir kənddə qətliam edib günahsız insanları öldürə, həbs edə biləcək qədər…

Qorxağın qorxusu da miskin olur.

Qorxurlar, çünki bu gün azadlığa və haqqa sevdalanmışların dilindən oxunan hər duanın onlara qarşı bir qarğış olduğunun fərqindədirlər.

Zümrüd Yağmur/azadlıq


1986 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP