Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2016

İmam Hüseynləri və Tale Bağırzadələri yalnız buraxan qövmlər

Tarix yazır ki, Kərbəlada İmam Hüseynin və dostlarının qətlindən sonra, Yezid və qoşunu "dindən çıxmış" və "üsyankar" birindən qurtulmalarının sevincini qeyd etmişdilər.

Bu "sevinc" propaqandası o qədər yüksək səviyyədə qeyd edilmişdi ki, hətta Kərbəlada əsir olaraq götürülmüş qadınlar və uşaqlar şəhər-şəhər gəzdirilərkən, xalq tərəfindən də qeyri-insanı davranışa şahid olmuşdular. Kimisi əsirlərə daş atmış, kimisi "sizə bu da azdı" deyərək, edilən qətliam və işgəncələrə haqq qazandırmışdır.

Hətta bəzi mənbələrdən oxumuşdum ki, Kərbəla əsirlərinə Kərbəladakı qətliamdan daha çox xalqın bu qeyri-insani davranışları əziyyətli gəlmişdi.

Tarix təəssüf ki, yenə də təkrarlanır.

Bu gün də Nardaranın "fəthindən" sonra “əsir” olaraq götürülmüş insanlar, Kərbəla əsirlərinin taleyini yaşayırlar. Onlara edilən bu qədər işgəncə və qeyri-insani davranışlar müqabilində insanlar əsassız ittihamlar irəli sürüb, bu zülmə haqq qazandırırlar. Kimisi "bunlar agentdir" , kimisi "şəriət dövləti arzusunda olanlara bu da azdı" , kimisi "bunların dərdi ancaq məscid və hicab dərdidir, heç dünyəvi problemlərə toxunmayıblar" tərzində sözlər işlədərək, əslində Kərbəla əsirlərinə göstərilən davranışları sərgiləyirlər.

Xanımlar və cənablar!

Tale Bağırzadə də digər azad insanlar kimi ölkədəki ədalətsizlik və acınacaqlı durumdan şikayətlənirdi. Onu bu çıxışlara vadar edən ölkədəki vəziyyət və ən önəmlisi onun təmiz vicdanı idi. Tale Bağırzadənin çıxışlarını izlədikdə, onun yalnız hicab və ya məsciddən yox, sosial problemlərdən, talançılıqdan, korrupsiyadan, əsgər ölümlərindən və bənzəri mövzulardan da danışdığını, bu problemlərə toxunduğunu görə bilərik.

Onun yalnızca inanclı olması, şəriət dövləti qurmaq istədiyi anlama gəlmir. Və ya başqa sözlə ifadə etsək, ölkənin və inanclı kəsimin problemlərindən danışan hər inanclı şəxsə, "şəriət dövləti istəyir" damğası vura bilmərik.

Hətta Tale Bağırzadə və onunla birlikdə həbs edilənlər, çıxışlarında "şəriət dövləti" quracaqlarını bəyan etsələr belə, bu, işgəncə və zülmə hətta ailə üzvlərinin saxlanılıb döyülməsinə haqq qazandıra bilərmi?!
Hansı hüquq bu işgəncələri ədalətli, hansı vicdan bu zülmü rahat qəbul edər?!

Çox təəssüf ki, bu gün əzilən insanların yanında olduqlarını deyənlər və xüsusən bu günlərdə Kərbəla şəhid və əsirlərinə yas tutanlar, öz düşüncə və əməlləri ilə əksini göstərirlər.
Xülasə, İmam Hüseyn və Yezid mübarizəsi insanlığın sonuna qədər davam edəcək bir mübarizədir, çünki hər dövrün öz Hüseyni və Yezidi mövcuddur.

Yaqub Əziz


2042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP